“Mançester Siti” darmadağınla 1/4 finalda

İngiltərə kubokunda 1/8 final mərhələsinə start verilib.

Komanda.az xəbər verir ki, “Koventri Siti” evdə “Meydston Yunayted”ə, “Mançester Siti” isə səfərdə “Luton Taun”a böyük hesabla qalib gələrək 1/4 finala çıxıb.

“Lester” “Bornmut”u, “Nyukasl” da “Blekbern” səddini çətinliklə keçərək növbəti mərhələyə yüksəlib.

İngiltərə kuboku, 1/8 final
27 fevral

Koventri Siti – Meydston Yunayted 5:0
Qollar: Simms, 9; 14; 35. Tavares, 88; 90+1.

Bornmut – Lester Siti 0:1
Qol: Fatavu, 105.

Blekbern – Nyukasl 1:1 (penaltilər 3:4)
Qollar: Şmodiç, 79 – Qordon, 71.

Luton Taun – Mançester Siti 2:6
Qollar: Klark, 45; 52 – Haland, 3; 18; 40; 55; 58. Kovaçiç, 72.

28 fevral

23:30. Çelsi – Lids
23:45. Nottingem Forest – Mançester Yunayted
23:45. Vulverhempton – Brayton
00:00. Liverpul – Sauthempton

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button