“Mançester Siti” də bizim klubumuzdur, amma…” – UEFA prezidenti
UEFA prezidenti Aleksandr Çeferin avrokuboklardan iki mövsümlük uzaqlaşdırılan “Mançester Siti” ilə bağlı açıqlama verib.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, qurum rəsmisi, məsələylə bağlı bunları deyib:
“Mançester Siti” də digər klublar kimi, bizim diqqətimizdədir, onlara hörmət edirəm. UEFA-nın “Mançester Siti”ni sevmədiyini demək istəmirəm. Biz onları sevirik. “Mançester Siti” də bizim klubumuzdur, amma bu proses fərqli bir şeydir, buna qarışmıram. Bu hadisəni hansısa səbəblə əlaqələndirə və şərh edə bilmərəm. Prezidentin bu barədə danışmaq hüququ yoxdur, ayrı bir qurum məsələylə məşğul olur.
Biz kimləsə mübarizə aparmırıq, sadəcə öz mövqeyimizi müdafiə edirik. Hər mövsüm 5-10 klub cəzalandırırıq, bu, ümumi bir prosesdir. Sadəcə “Mançester Siti” haqqında danışılmasını istəmirəm”.
UEFA bir müddət əvvəl “Mançester Siti”ni maliyyə feyr-pley qaydalarını pozduğu üçün iki mövsüm avrokubok yarışlarından uzaqlaşdırmış, klubu 30 milyon avro məbləğində cərimələmişdi.
Bizi Facebook-da izləyin