“Mançester Siti” rekord transferi tamamlamaq üzrədir
“Mançester Siti” xorvatiyalı mərkəz müdafiəçisi Yoşko Qvardiolun transferi ilə bağlı “Leyptsiq” klubu ilə razılığa gəlib.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, sövdələşmə 90 milyon funt-sterlinq (104,4 milyon avro) təşkil edəcək.
Bu transfer baş tutarsa, Qvardiol futbol tarixinin ən bahalı müdafiəçisi olacaq. Hazırda bu rekord “Mançester Yunayted”in müdafiəçisi Harri Maquayra məxsusdur. O, 2019-cu ildə “Lester”dən 80 milyon funt-sterlinqə (92,8 milyon avro) “qırmızı şeytanlar”a transfer olunub.
Qvardiol bu yay “Mançester Siti”nin heyətinə qatılan ikinci xorvatiyalı futbolçu olacaq. Daha əvvəl “şəhərlilər” “Çelsi”nin yarımmüdafiəçisi Mateo Kovaçiçi də transfer edib.
21 yaşlı futbolçu ötən mövsüm 41 oyuna çıxıb, 3 qol vurub.
Bizi Facebook-da izləyin