
“Mançester Siti”ni məğlub etmək çox vacib idi” – “Real”ın hücumçusu
“Real”ın hücumçusu Rodriqo Çempionlar Liqasında “Mançester Siti” ilə matçların Madrid klubuna inam verdiyini düşünür.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda, İngiltərə klubunun çətin rəqib olduğunu deyib:
“Mançester Siti”ni məğlub etmək çox vacib idi, onlar hər il oynadığımız kimi çox çətin rəqibdir. Matçlar hər iki komanda üçün həmişə bərabər və çətin keçir, lakin bu il biz onlardan çox üstün idik. Oyuna nəzarəti ələ aldıq və bu, mövsümün qalan hissəsi üçün bizə inam verdi”.
“Real” bu mövsüm Çempionlar Liqasının 1/8 final mərhələsinə vəsiqə qazanmaq üçün pley-offda “Mançester Siti” üzərində iki qələbə (3:2, 3:1) qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin


