Meydandan qovulan futbolçu tarixə düşdü

“Mançester Siti” Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda “Atalanta” ilə qollu bərabərə qalıb – 1:1.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “şəhərlilər”in qapıçısı Klaudio Bravo turnirin tarixinə düşüb. Belə ki, fasilədə Edersonun yerinə oyuna daxil olan 36 yaşlı futbolçu, 81-ci dəqiqədə qırmızı vərəqə alıb. Bravo, ÇL tarixində oyuna sonradan girib, meydandan qovulan ilk qapıçı olub.

Bravonun əvəzinə “çərçivə”ni Kayl Uolker qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button