Qvardiola Mourinyoya çatdı
“Mançester Siti” Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Borussiya”nı (Münhenqladbax, Almaniya) məğlub edib.
Komanda.az xəbər verir ki, 2:0 hesabıyla bitən görüş “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiolanın Çempionlar Liqasındakı 81-ci qələbəsi olub. İspan mütəxəssis, bu göstəricidə portuqaliyalı məşqçi Joze Mourinyoya çatıb. Hər iki çalışdırıcının aktivində 81 qələbə var. Qvardiola və Mourinyo qələbə sayına görə ÇL tarixində 4-5-ci yerləri bölüşürlər.
Qvardiola bu qələbələri “Barselona”, “Bavariya” və “Mançester Siti” ilə, Mourinyo isə “Portu”, “Çelsi”, “İnter”, “Real” və “Mançester Yunayted”lə qazanıb. Mourinyo hazırda “Tottenhem” komandasını çalışdırır.
Çempionlar Liqasında ən çox qələbə qazanan “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyusondur. Onun hesabında 105 qələbə var.
Bizi Facebook-da izləyin