Qvardiola Mourinyonu geridə qoydu
“Mançester Siti” Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Borussiya”nı (Münhenqladbax) məğlub edib – 2:0.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “şəhərlilər”in çalışdırıcısı Xosep Qvardiola yeni uğura imza atıb. Belə ki, ispan mütəxəssis Çempionlar Liqasında Joze Mourinyonu geridə qoyaraq, ən çox qələbə qazanan 4-cü baş məşqçi olub.
Mourinyonun ÇL-də 81, Qvardiolanın isə 82 qələbəsi var. Turnirin bu göstəricidə mütləq rekordçusu isə “Mançester Yunayted”in sabiq baş məşqçisi Aleks Ferqyusondur. Onun aktivində 102 qələbə var.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin