“Mançester Siti” argentinalı futbolçu ilə maraqlanır
“Boka Xuniors”un müdafiəçisi Valentin Barko karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı argentinalı futbolçu üçün “Mançester Siti” mübarizə aparır. İngiltərə klubunun müdafiəçiyə marağının olduğu 2022-ci ilin fevralında məlum olmuşdu.
Barko 2022/23 mövsümündə 8 oyun keçirib, bir qol vurub və iki məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin