“Ötən mövsüm “Mançester Siti” ilə qarşılaşmaq istəyən komanda yox idi”

“Mançester Siti”nin yeni transferi Yoşko Qvardiol İngiltərə klubu haqda fikirlərini bölüşüb.

Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, o, 2022/23 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsinin “Mançester Siti” – “Leyptsiq” cütünün cavab qarşılaşmasını (7:0) xatırlayıb:

“Doğrusu, ötən mövsüm “Mançester Siti” ilə qarşılaşmaq istəyən komanda yox idi. Rəqib kimi onlarla üz-üzə gəlmişdim. Çətin matç olacağını bilirdik. İnanılmaz gecə idi. Mançesterdə olan atmosfer olduqca fərqli idi. “Mançester Siti” bir neçə dəfə Çempionlar Liqasını qazanmağa layiq olub”.

Xorvatiyalı müdafiəçi daha sonra komanda yoldaşı Erlinq Haland haqda danışıb:

“Leyptsiq”lə oyunda onun nələr etdiyini hamımız yaxşı bilirik. Erlinqi həmin matçdan sonra təbrik etmişdik. Haland həm ötən mövsüm, həm də “Borussiya”da (Dortmund) çıxış etdiyi dönəm sürəti və gücü ilə dünyanın ən yaxşı hücumçularından biri olduğunu sübut etmişdi. Artıq eyni komandada forma geyinirik, narahatlığa əsas yoxdur. Xoşbəxtəm”.

Qvardiol ilə beş illik müqavilə imzalanıb. O, “şəhərlilər”in heyətində 24 nömrəli forma altında çıxış edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button