“Mançester Siti” onunla yeni müqavilə imzalamaq istəyir
“Mançester Siti” bir müddət əvvəl komandadan ayrıla biləcəyini deyən Kevin de Bruyneylə yeni müqavilə imzalamaq istəyir.
Komanda.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. “Şəhərlilər” belçikalı yarımmüdafiəçiylə yeni müqaviləylə bağlı danışıqlara başlayacaq.
“Mançester Siti” ilə müqaviləsi 2023-cü ilə qədər olan de Bruyne, hazırda həftəlik 320 min funt-sterlinq qazanır. Premyer Liqa təmsilçisi 28 yaşlı yarımmüdafiəçinin maaşını da artırmağa hazırdır.
De Bruyne, “Mançester Siti” avrokuboklardan iki illik diskvalifikasiya olunduğu üçün komandadan ayrıla biləcəyini demişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin