
MS belçikalı üçün 100 milyon tələb edir
Kevin de Bruyne mövsümün sonunda “Mançester Siti”dən ayrıla bilər.
Komanda.az “Talk Sport”-a istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçinin xidmətində Səudiyyə Ərəbistanı klubları maraqlıdır.
“Mançester Siti” yayda 32 yaşlı futbolçunu satmağa hazırdır. “Şəhərlilər” De Bruyneyə 100 milyon funt-sterlinq qiymət qoyub.
“Mançester Siti” Kevin de Bruyneni 2015-ci ilin yayında “Volfsburq”dan transfer edib. Belçika millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 11 matçda 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin