“Barselona” bəzən yaxşı, bəzən pis oynayır” – Keçmiş futbolçu

“Barselona”nın və “Arsenal”ın keçmiş yarımmüdafiəçisi Aleksandr Qleb 2023/24 mövsümündə Çempionlar Liqasının favoritlərini açıqlayıb.

Komanda.az “VseProSport”-a istinadən xəbər verir ki, Belarus millisinin keçmiş üzvü istənilən komandanın sürpriz edə biləcəyini bildirib:

“Mən həmişə “Mançester Siti”, “Bayern” və “Arsenal”ı favorit hesab edirəm. Onlar çempionatda çox yaxşı oynayırlar, lakin avrokuboklarda çox təsiredici deyillər. Düzünü desəm, istənilən komanda sürprizlər edə bilər. Avropa yarışlarında bərabər oynayırlar, hətta “Arsenal” və “Portu” cütlüyündə belə, “topçular” favorit deyil.

“Napoli” – “Barselona” matçına baxmaq mənə maraqlı olacaqmı? Bəli. Amma mən burada “Napoli”yə daha çox meylliyəm, onlar daha sabit və mütəşəkkil komandadır. “Barselona” bəzən yaxşı, bəzən pis oynayır”.

Qleb 2018-ci ildə Çempionlar Liqasının 3-cü təsnifat mərləsində Belarusun BATE klubunun heyətində “Qarabağ”la matçda çıxış edib. İki oyunun nəticəsinə əsasən Belarus klubu “köhlən atlar”ı 2:1 hesabı ilə üstələyib və adını pley-off mərhələsinə yazdırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button