Qvardiolanın “radar”ındakı avstriyalı
“Mançester Siti” “Bavariya”nın futbolçusu David Alabanı transfer etmək niyyətindədir.
Komanda.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb. Xəbərdə, “şəhərlilər”in baş məşqçisi Xosep Qvardiolanın 28 yaşlı müdafiəçinin transfer edilməsini istədiyi bildirilib.
“Bavariya” 2021-ci ilə qədər müqaviləsi olan Alabaya yeni sözləşmə təklif etsə də, avstriyalı futbolçu bunu qəbul etməyib. Alaba artıq başqa çempionatlarda gücünü sınamaq istəyir.
“Mançester Siti”nin “Bavariya” ilə yaxın zamanda rəsmi danışıqlara başlayacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin