“Mançester Siti”nin Qvardioladan başqa seçimi yoxdur
“Mançester Siti” baş məşqçisi Pep Qvardiola ilə ayrılmaq istəmir.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, rəhbərlik 53 yaşlı mütəxəssislə əməkdaşlığı uzatmaq istəyir. Klub anlayır ki, Qvardiolaya layiqli əvəzləyici tapmaq çox çətin olacaq.
Qvardiola 2016-cı ilin yayından “Mançester Siti”nin baş məşqçisidir. Komanda onun rəhbərliyi altında 6 dəfə Premyer Liqa çempionu, 2022/23 mövsümündə isə UEFA Çempionlar Liqasının qalibi olub.
İspaniyalı mütəxəssisin “şəhərlilər”lə müqaviləsi 2025-ci ilin yayında başa çatır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin