MS “Barselona”dan onun üçün 25 milyon avro tələb edir

“Barselona” “Mançester Siti”nin cinah müdafiəçisi Joao Kanselonu almaqda maraqlıdır.

Komanda.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, Kataloniya klubu portuqaliyalı futbolçunun transferi üçün təxminən 20 milyon avro təklif edir. Amma “Barselona” 25 milyon avro təklif edərsə, “şəhərlilər” oyunçu ilə ayrılmağa hazırdırlar.

Kanselo 2023/24 mövsümündə icarə əsasında Kataloniya klubunda çıxış edib. 30 yaşlı müdafiəçi bütün yarışlarda 42 matçda iştirak edib, 4 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun İngiltərə klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button