Ederson İngiltərənin top-klubuna keçə bilər

Braziliyalı yarımmüdafiəçi Ederson İngiltərə Premyer Liqasının top-klubunun – “Mançester Siti”nin maraq dairəsinə düşüb.

Komanda.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.

“Atalanta” 25 yaşlı futbolçunun transfer qiymətini 60 milyon avro müəyyənləşdirib. O, 2022-ci ilin yayından bəri İtaliya təmsilçisinin formasını geyinir. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin iyununda başa çatacaq.

Ederson cari İtaliya çempionatında 32 matçda iştirak edib, 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button