
“Mançester Siti” “Arsenal”ın planını poza bilər
“Mançester Siti”nin qapıçı mövqeyinə yay transferi “Arsenal”ın planlarını poza bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Portu”nun qapıçısı Dioqo Koştanın “Mançester Siti”yə transfer ehtimalı “Arsenal”ın təklifini üstələyib.
Daha əvvəl “şəhərlilər”in “Portu”dan Koştanı almaq istədiyi barədə məlumatlar yayılıb. Lakin hansısa səbəbdən sövdələşmə baş tutmazsa, o zaman klubun siyahısında ikinci yeri “Arsenal”ın da yaxından maraqlandığı “Espanyol”un qapıçısı Juan Qarsiya tutur.
Koşta bu mövsüm “Portu”nun heyətində 34 oyun keçirib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin