“Mançester Siti” “Arsenal”a məğlub oldu

İngiltərə Premyer Liqasında 8-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə 4 görüş baş tutub.

Bu oyunlardan üçü bərabərliklə bitib. Xüsusilə “Liverpul”un səfərdə xal itirməsi diqqətçəkn alınıb.

“Arsenal”la “Mançester Siti” arasındakı mərkəzi matçda isə meydan sahiləri qələbə qazanıblar.

Hazırda 20 xala malik “Tottenhem”lə “Arsenal” zirvəyə şərikdirlər. “Mançester Siti” 18 xalal üçüncü, “Liverpul” 17 xalla dördüncüdür. “Mançester Yunayted” 12, “Çelsi” 11 xal toplayıb.

İngiltərə Premyer Liqası
8-ci tur

7 oktyabr

Luton Taun – Tottenhem 0:1
Qol: Van de Ven, 52.

Börnli – Çelsi 1:4
Qollar: Odobert, 15 – Əl-Daxil, 42-öz qapısına. Palmer, 50-pen. Sterlinq, 65. Cekson, 74.

Everton – Bornmut 3:0
Qollar: Qarner, 8. Harrison, 37. Dukure, 60.

Fulhem – Şeffild Yunayted 3:1
Qollar: De Kordova, 53. Foderingem, 76-öz qapısına. Villian, 90+2 – E.Robinson, 68-öz qapısına.

Mançester Yunayted – Brentford 2:1
Qollar
: Maktominey, 90+3; 90+7 – Yensen, 26.

Kristal Pelas – Nottingem Forest 0:0

8 oktyabr

Brayton – Liverpul 2:2
Qollar
: Adinqra, 20. Dank, 78 – Salah, 40; 45+1-pen.

Vest Hem – Nyukasl 2:2
Qollar
: Souçek, 8. M.Kudus, 89 – A.İsak, 57; 62.

Vulverhempton – Aston Villa 1:1
Qollar
: Hvanq, 53 – Torres, 55.

Arsenal – Mançester Siti 1:0
Qol
: Martinelli, 86.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button