“Mançester Siti”nin argentinalı futbolçu ilə bağlı qərarı
Bu yaxınlarda mətbuatda hücumçu Xulian Alvaresin “Mançester Siti”dən gedəcəyi ilə bağlı məlumatlar yayılıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçunun daha çox oyun vaxtı qazanacağı kluba gedə biləcəyi bildirilir.
“Mançester Siti” Alvareslə bağlı artıq qərar verib. İngiltərə çempionu bu yay 24 yaşlı forvard üçün heç bir təklifi nəzərdən keçirməyəcək.
Xulian Alvaresin adı bir sıra klublarla, o cümlədən “Atletiko” və PSJ ilə hallanır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin