MS Alvaresi əvəzləyəcək futbolçunu tapıb

Hər şey Xulian Alvaresin tezliklə “Mançester Siti”ni “Atletiko”ya dəyişəcəyinə doğru gedir. 24 yaşlı argentinalı hücumçu böyük oyunlarda daha çox şans qazanmaq istədiyini etiraf etmişdi.

“Mançester Siti” hücum xəttini gücləndirəcək oyunçu tapmaq üçün transfer bazarına baxır.

Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, “şəhərlilər” “Kristal Pelas”dan Ebereçi Ezeni ala bilər. Bu futbolçu həm hücumameyilli yarımmüdafiəçi, həm də cinah yarımmüdafiəçisi kimi çıxış etməyi bacarır.

26 yaşlı futbolçu bu yay Avropa çempionatında İngiltərə yığmasının heyətində çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button