
“Mançester Siti” 15 yaşlı futbolçu transfer edib
“Mançester Siti” yeni futbolçu alıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “şəhərlilər” “Lids”in 15 yaşlı hücumameylli yarımmüdafiəçisi Finley Qormanı transfer ediblər.
Finley İngiltərənin 16 yaşadək futbolçulardan ibarət milli komandasında da çıxış edib. O, bu mövsüm 5 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
“Mançester Siti”nin yeni transferini yaxında rəsmən açıqlayacağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin