“Liverpul”la “Çelsi” də 1/16 finalda

Futbol üzrə İngiltərə Federasiya Kubokunda 1/32 final mərhələsinin oyunları keçirilir.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 20 qarşılaşma baş tutub.

14 cütdə qaliblər və növbəti mərhələyə yüksələn komandalar bəlli olub. Amma altı oyun heç-heçə yekunlaşıb. Həmin kollektivlər qalibi təkrar oyunlarda müəyyənləşdirəcəklər.

Bazar günü daha 11 qarşılaşma baş tutub. 9 cütdə növbəti mərhələyə vəsiqənin sahibi bir oyundaca müəyyənləşib. 1/16 finala vəsiqə qazananlar sırasına “Çelsi”, “Liverpul”, “Vest Hem” kimi klublar da adlarını yazdırmağa nail olublar. İki qarşılaşma isə heç-heçə bitib. “Bristol Rovers” – “Koventri” və “Middlsbro” – “Tottenhem” cütlərinin qalibi təkrar qarşılaşmada müəyyənləşəcək.

İngiltərə Federasiya Kuboku, 1/32 final

4 yanvar

Bornmut – Luton 4:0
Flitvud – Portsmut 1:2
Lester Siti –
Viqan 2:0
Mançester Siti –
Port Veyl 4:1
Vulverhempton – Mançester Yunayted 0:0
Brentford –
Stok Siti 1:0
Brayton – Şeffild Uensdey 0:1
Kardiff Siti – Karlayl Yunayted 2:2
Fulhem –
Aston Villa 2:1
Oksford Yunayted –
Hartlepul 4:1
Preston – Norviç Siti 2:4
Ridinq – Blekpul 2:2
Sauthempton –
Haddersfild 2:0
Uotford – Tranmere 3:3
Birmingem –
Blekbern 2:1
Bristol Siti – Şrusberi 1:1
Bernli –
Piterboro Yunayted 4:2
Milluoll –
Nyuport 3:0
Roçdeyl – Nyukasl 1:1
Roterhem – Hall Siti 2:3

5 yanvar

Bristol Rovers – Koventri 2:2
Barton – Nortempton 2:4
Çarlton – Vest Brom 0:1
Çelsi –
Nottingem 2:0
Kru Aleksandra – Barnsli 1:3
Kristal Palas – Derbi 0:1
Middlsbro – Tottenhem 1:1
KPR –
Suonsi Siti 5:1
Şeffild Yunayted –
Fayld 2:1
Liverpul –
Everton 1:0
Gillingem – Vest Hem 0:2

6 yanvar

Arsenal – Lids 1:0

1/32 finalın təkrar oyunları

14 yanvar

23:45. Nyukasl – Roçdeyl
23:45. Şrusberi – Bristol Siti
23:45. Tranmere – Uotford
23:45. Blekpul – Ridinq
23:45. Karlayl Yunayted – Kardiff Siti
23:45. Mançester Yunayted – Vulverhempton
23:45. Tottenhem – Midlsbro
23:45. Koventri – Bristol Rovers

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button