“Mançester Siti” ərəblərlə anlaşıb
“Mançester Siti”nin müdafiəçisi Joao Kanselo karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirməyə yaxındır.
Komanda.az “A Bola”-ya istinadən xəbər verir ki, portuqaliyalı futbolçu tezliklə “Əl-Hilal”ın futbolçusu ola bilər.
Səudiyyə Ərəbistanı klubunun rəhbərliyi futbolçunun transferi ilə bağlı “şəhərlilər”lə razılığa gəlib. Transfer məbləği təxminən 40 milyon avro olacaq. Kanselo 3 illik müqavilə imzalayacaq və ildə 70 milyon avro qazanacaq.
30 yaşlı futbolçu ötən mövsüm “Barselona”da icarə əsasında çıxış edib. O, iştirak etdiyi 42 matçda 4 qol vurub və 5 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin