“Tottenhem”dən darmadağın
Futbol üzrə İngiltərə Premyer Liqasında 28-ci tura yekun vurulub.
Komanda.az xəbər verir ki, turun əksər qarşılaşmaları ilk oyun gününə təsadüf olunub.
“Lester” “Lids”i, “Aston Villa” “Sauthempton”u, “Nyukasl” isə “Brayton”u məğlub yola salıb. “Vulverhempton” evdə “Kristal Pelas”a, “Norviç” isə “Brentford”a uduzub.
Həftəiçi İngiltərə kubokunda mərhələ adlayan “Çelsi” təxminən iki həftəlik fasilədən sonra Premyer Liqa matçına çıxıb. Londonlular təhlükəli zonadan uzaqlaşmağa çalışan “Bernli”nin qonağı olub. “Zadəganlar” bu görüşdə 4 cavabsız qola seviniblər.
“Liverpul” isə “Vest Hem”i qəbul edib. “Qırmızılar” bu oyundan minimal hesabla qalib ayrılıb.
Tur Mançester derbisiylə əlamətdar olub. Çempionatın lideri “Mançester Siti” “Etihad” stadionunda əzəli rəqibi “Mançester Yunayted”i qəbul edib. Komandaların turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq, oyuna maraq böyük idi. Bu oyunadək baş tutan 186 derbidə “qırmızı şeytanlar”ın üstünlüyü vardı (77 qələbə, 56 heç-heçə, 53 məğlubiyyət). Premyer Liqadakı son 10 görüşdə isə bərabərlik vardı – 2 heç-heçə və hərəyə 4 qələbə. Bu oyunda isə “şəhərlilər” darmadağına seviniblər. “Arsenal” da səfərdə “Uotford”a qalib gəlib.
Turun qapanış matçında “Tottenhem” doğma meydanda “Everton”a böyük hesabla qalib gəlib.
İngiltərə Premyer Liqası, 28-ci tur
5 mart
Lester – Lids 1:0
Qol: Barnes, 67.
Aston Villa – Sauthempton 4:0
Qol: Uotkins, 9. D.Luis, 44. Koutinyo, 52. İnqs, 54.
Bernli – Çelsi 0:4
Qol: R.Ceyms, 47. Haverts, 52; 55. Pulişiç, 69.
Vulverhempton – Kristal Pelas 0:2
Qol: Mateta, 19. Zaha, 34-pen.
Norviç – Brentford 1:3
Qol: Pukki, 90+2 – Toni, 32; 52; 58.
Nyukasl – Brayton 2:1
Qol: Freyzer, 12. Şar, 14 – Dank, 55.
Liverpul – Vest Hem 1:0
Qol: Mane, 27.
6 mart
Uotford – Arsenal 2:3
Qol: Kuço, 11. Sissoko, 87 – Edeqor, 5. Saka, 30. Martinelli, 52.
Mançester Siti – Mançester Yunayted 4:1
Qol: De Bruyne, 5; 28. Mahrez, 68; 90 – Sanço, 22.
7 mart
Tottenhem – Everton 5:0
Qol: M.Kin, 14-öz qapısına. Son, 17. Keyn, 37; 56. Regilon, 46.
Bizi Facebook-da izləyin