Rodri üçün yeni müqavilə hazırlanır

“Mançester Siti” təkcə transferlər deyil, həm də, aparıcı oyunçularını saxlamaq üzərində işləyir.

Komanda.az “TodoFichajes”-ə istinadən xəbər verir ki, “şəhərlilər” hazırda yarımmüdafiəçi Rodri üçün yeni sözləşmə hazırlayır. Müqaviləsinin uzadılmasından sonra onun maaşı ildə 23,5 milyon avro təşkil edə bilər.

İspaniyalı yarımmüdafiəçi təkcə maliyyə ilə maraqlanmır – o, ətrafındakı komanda və baş məşqçi Pep Qvardiolanın gələcəyi də daxil olmaqla, digər amilləri də qiymətləndirir.

28 yaşlı futbolçu 2024-cü ildə “qızıl top”u qazanmaq üçün əsas favoritlər sırasındadır. Onun klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button