Manafov bunu ikinci dəfə bacardı
Azərbaycan Premyer Liqasının dekabr ayında keçirilən oyunları zamanı vurulan qollar arasında “Ayın qolu” nominasiyasının qalibi “Araz-Naxçıvan”ın üzvü Turan Manafov olub.
Komanda.az xəbər verir ki, onun 17-ci turda “Sabah”a cərimə zərbəsindən birbaşa vurduğu qol 71 səslə PFL-in “Facebook” səhifəsinin izləyicilərinin rəğbətini qazanıb.
Xatırladaq ki, Turan Manafov avqust ayında keçirilən səsvermənin də qalibi olmuşdu. Onun “Sumqayıt”la matçda cərimə zərbəsindən vurduğu qol “Ayın qolu” seçilmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin