“Valensiya” gürcü qapıçını satmağı planlaşdırır – 40 milyon avroya
Gürcüstan millisinin və “Valensiya”nın qapıçısı Giorgi Mamardaşvili yay transfer pəncərəsində İspaniya klubunu tərk edə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub futbolçunu 40 milyon avroya satmağı planlaşdırır. Mamardaşviliyə iddialılar arasında “Çelsi” və “Atletiko” da var.
23 yaşlı qolkiper 2022-ci ilin yanvarından “Valensiya”da çıxış edir. Onun klubla müqaviləsi 2027-ci ilin iyununun sonuna kimidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin