Gürcü futbolçu İngiltərə klubuna keçir

“Valensiya”nın qapıçısı Georgi Mamardaşvili “Liverpul”a keçəcək.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər arasında müqavilə imzalandıqdan dərhal sonra gürcü futbolçu “Bornmut”a icarəyə gedəcəyi üçün o, mersisaydlılara yalnız gələn il qoşulacaq.

Mamardaşvili ötən mövsüm “Valensiya”nın heyətində 37 oyun keçirib, 41 qol buraxıb və 13 matçda qapısını toxunulmaz saxlayıb.

“Liverpul” Premyer Liqanın yeni mövsümündə ilk oyununu bu gün “İpsviç”ə qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button