Dünyanın ən bahalı qapıçısı gürcüdür!

“Transfermarkt” portalı iyulun 18-də 2024-cü il Avropa çempionatında iştirak edən futbolçuların qiymət etiketlərini yeniləyib.

Komanda.az portala istinadən xəbər verir ki, “Valensiya”nın və Gürcüstan millisinin 23 yaşlı qapıçısı Giorgi Mamardaşvili yeni qiymət etiketi əldə edib. İndi futbolçu 35 milyon deyil, 45 milyon avroya qiymətləndirilir. Bu yeniləmə Mamardaşviliyə “Portu”nun qolkiperi Dioqo Koşta ilə birlikdə dünyanın ən bahalı qapıçısı olmağa imkan verib.

Mamardaşvili son Avropa çempionatında 4 oyun keçirib və əla oyun nümayiş etdirərək, turnirdə ən çox seyv edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button