“Malyorka”nı Premyer Liqa klubuna dəyişir
İspaniyanın “Malyorka” klubunun hücumçusu Kuço Ernandes növbəti mövsümdən İngiltərə Premyer Liqasında oynayacağını açıqlayıb.
Komanda.az xəbər verir ki, kolumbiyalı futbolçu bunu “Sky Sports”a açıqlamasında söyləyib.
21 yaşlı forvard müqavilə ilə məxsus olduğu “Uotford”a qayıdacağını bəyan edib: “Onlar növbəti mövsümdə məni heyətlərində görmək istəyirlər. Bu üzdən də İngiltərəyə qayıdacağam”.
Qeyd edək ki, Kolumbiya yığmasının da üzvü olan Kuço Ernandes 2017-ci ildə “Uotford”a transfer edilsə də, İspaniyanın “Hueska” klubuna icarəyə verilmişdi. O, 2019-cu ilin yayından “Malyorka”nın uğurları üçün çalışırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin