“Malyorka” finalda
İspaniya kubokunun ilk finalçısının adına aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, ilk oyunda qolsuz heç-heçəyə razılaşmış “Real Sosyedad” və “Malyorka” komandaları ötən gecə cavab matçında üz-üzə gəlib.
Qarşılaşmanın əsas və əlavə vaxtı 1:1 hesabıyla bitib. Bu üzdən qalibi müəyyənləşdirmək üçün penalti seriyasına ehtiyac duyulub. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən “Malyorka” finala yüksələn tərəf olub.
İspaniya kuboku
Yarımfinalın cavab oyunları
27 fevral
Real Sosyedad – Malyorka 1:1 (penaltilər 4:5)
Qollar: M.Oyarsabal, 71 – C.Qonsales, 50.
İlk oyun 0:0
28 fevral
00:30. Atletik – Atletiko
İlk oyun 1:0
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin