Maludanın “Çelsi”də görmək istədiyi hücumçu

Fransa millisinin və “Çelsi”nin sabiq futbolçusu Florian Maluda London klubunda görmək istədiyi hücumçunun adını açıqlayıb.

Komanda.az “Blue_Footy”-yə istinadən xəbər verir ki, o, “Qalatasaray”da icarə əsasında çıxış edən nigeriyalı forvard Viktor Osimheni londonluların heyətində görmək istəyir:

“Çelsi”yə mövsümdə 20-dən çox qol vura bilən forvard lazımdır. Osimhen buna qadirdir. Əsas məsələ onun transferinin neçəyə başa gələcəyi və hansı maaş istəməsidir. Ancaq bunu həll etmək olar. “Çelsi” bu razılaşmanı əldə etməyə çalışmalıdır”.

“Napoli”yə məxsus olan Osimhen Türkiyə Super Liqasının cari mövsümündə 27 oyun keçirib, 24 qol vurub və 5 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button