Maluda “Sabah”ın 400-cü qolunu vurub

“Sabah”ın futbolçusu Aaron Maludanın Azərbaycan Premyer Liqasının 8-ci turunda “Zirə”nin qapısına vurduğu qol tarixə düşüb.

Komanda.az xəbər verir ki, oyunun 45+2-ci dəqiqəsində fərqlənən hücumçu “bayquşlar”ın bütün turnirlərdə vurduğu 400-cü qolun da müəllifi olub.

O, rəqib komandanın qapısının torunu silkələməklə həmçinin “Sabah”dakı qol hesabını açıb.

“Sabah” – “Zirə” oyunu birincilərin 3:0 hesablı qələbəsi ilə bitib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button