Maltaya uduzan baş məşqçi: “Bu məni çox məyus edir”

Finlandiya millisinin baş məşqçisi Yakob Fris DÇ-2026-nın seçmə mərhələsində Malta yığmasına qarşı gözlənilməz 0:1 hesablı məğlubiyyəti şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, danimarkalı çalışdırıcı çox məyus olduğunu bildirib:

“Qol vura bilməməyimiz anlaşılmazdır. Çox imkanlarımız var idi, onların neçə şansı oldu? Bi–iki. İlk oyuna nisbətən daha çox qol imkanları yaratdıq. Amma belədir futbol – bir oyunu qazandıq, indi uduzduq. Bu məni çox məyus edir”.

Baş məşqçi əlavə edib ki, komandası yaxşı çıxış edib və tək narazılığı onların yaratdığı imkanları dəyərləndirə bilməmələridir.

Bu nəticə ilə Malta millisi turnirdə ilk qələbəsini qazanıb.

Finlandiya millisi qrupu 10 xalla, turnir cədvəlinin 3-cü pilləsində tamamlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button