
Malta – Azərbaycan oyununun stadionu müəyyənləşdi
Qadın futbolçulardan ibarət Azərbaycan millisinin dünya çempionatının seçmə mərhələsi çərçivəsində Malta yığmasına qarşı keçirəcəyi səfər oyununun stadionu müəyyənləşib.
Komanda.az AFFA-ya istinadən xəbər verir ki, Malta – Azərbaycan qarşılaşması Ta Qali şəhərindəki Malta Milli stadionunda keçiriləcək.
Malta – Azərbaycan oyunu sentyabrın 2-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin