Malkom: Messi gəldi və mənə dedi ki…
“Barselona”nın hücumçusu Malkom, İspaniya mətbuatına açıqlama verib.
Komanda.az xəbər verir ki, 21 yaşlı futbolçu, İspaniya kubokunun yarımfinal mərhələsində “Real”la qarşılaşdıqları matçda (1:1) vurduğu qol haqda danışıb:
“Çox xoşbəxtəm, həm bu oyunda iştirakıma görə, həm də, qol vurduğum üçün. Qola yüz dəfə, təkrar-təkrar baxmışam.
Oyundan əvvəl qol vuracağıma inanırdım. Özümü yaxşı hazırlamışdım. Matça az qalmış, Lionel Messi gəldi və mənə oyunun çətinliyindən danışdı. O, sakit qalmağımı və görüşün qəhrəmanı ola biləcəyimi dedi.
Mən həmişə öz uşaqlarıma bu barədə danışacam, onlar da öz uşaqlarına. Danışacam ki, mən dünyanın ən yaxşı komandasında oynamışam”.
“Real”la “Barselona” arasında cavab matçı fevralın 27-də keçiriləcək.
Bizi Facebook-da izləyin