
Braziliyalı hücumçu “Əl-Hilal”dan ayrılmağı düşünür
“Əl-Hilal”ın hücumçusu Malkom Səudiyyə Ərəbistanı klubundan ayrılmağı düşünür.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu cari transfer pəncərəsində komanda dəyişikliyinə ümid edir. Forvardın bazar dəyəri 22 milyon avro qiymətləndirilir.
Malkom 2023-cü ildə Sankt-Peterburqun (Rusiya) “Zenit” klubundan “Əl-Hilal”a keçib. 28 yaşlı hücumçu 2024/2025 mövsümündə 46 matçda iştirak edib, 13 qol vurub və 17 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin