Laporta: “Maliyyə vəziyyətimiz 2021-ci ildən yaxşıdır”

“Barselona”nın prezidenti Xuan Laporta Lionel Messinin komandanı tərk etmək məcburiyyətində qalmasından danışıb.

Komanda.az “derbyderbyderby.it”-ə istinadən xəbər verir ki, Kataloniya klubunun rəhbəri 2021-ci ildən bəri “Barselona”nın iqtisadi vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını söyləyib:

“Barsa” Messinin istedadına uyğun pulu ödəyə bilmədi. Hazırda iqtisadi diaqnostikamız 2021-ci ildən xeyli yaxşıdır. Bu, danılmazdır. Bu gün klub pul qazanır, lakin əvvəllər, 2017-ci ildən başlayaraq hər il itkilərlə üzləşirdik”.

“Barselona” hazırda İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir. Komanda bazar günü “Sevilya” ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button