Keçmiş futbolçudan “Mançester Siti”ni müdafiə edən açıqlama
“Mançester Yunayted”in sabiq futbolçusu Qari Nevill Premyer Liqanın böyük klublarının “Mançester Siti”yə olan münasibətindən danışıb.
Komanda.az “Manchester Evening News”-a istinadən xəbər verir ki, o, “şəhərlilər”i yeni formalaşmağa başlayan klub adlandırıb:
“Mançester Yunayted”, “Liverpul”, “Arsenal” kimi böyük tarixə malik klublar yeni formalaşmağa başlayan “Mançester Siti”nin meydana çıxmasını, uğurlu çıxışını, yaxşı futbol nümayiş etdirməsini qəbul etmirlər.
Maliyyə baxımından “Mançester Siti”yə bir qədər rəğbətim var. Gəliri yüksək olan klublar həmişə zirvədə olacaq. Digər klublar, yəni gəlir baxımından onlarla rəqabət apara bilməyənlər aşağı pillələrdə qərarlaşacaqlar”.
“Mançester Siti” 2009/2010 mövsümündən 2017/2018 mövsümünədək çoxsaylı maliyyə feyr-pley pozuntularında günahlandırılır. “Şəhərlilər”ə qarşı ittihamlar təsdiqlənsə, onlara heç bir güzəşt edilməyəcək. Klubun İngiltərə Premyer Liqasından qovulması və ya xallarının silinməsi təhlükəsi var.
“Mançester Siti” hazırda İngiltərə çempionatında 21 oyundan sonra 45 xal toplayıb və turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
Bizi Facebook-da izləyin