
“Komo”dan təklif alan futbolçu “Milan”dan ayrılmaq istəmir
Almaniyalı müdafiəçi Malik Tiav yaxın günlərdə “Milan”dan ayrılıb-ayrılmamaqla bağlı son qərarını verməlidir.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “qırmızı-qaralar” 23 yaşlı futbolçunun transferinə açıqdır və onu satmağa razıdır.
Ancaq Tiav özü klubunu dəyişmək istəmir. Onun xidmətində maraqlı olan “Komo” ona illik 4 milyon avro maaşla uzunmüddətli müqavilə təklif edir. “Komo” eyni zamanda, “Milan”a futbolçunun keçidi üçün təxminən 25 milyon avro ödəməyi planlaşdırır.
Malik Tiav ötən mövsüm A Seriyasında 22 oyunda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



