
Maldini yenidən icarəyə göndərildi
“Milan” yarımmüdafiəçisi Daniel Maldinini növbəti dəfə icarəyə göndərib.
Komanda.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı futbolçu 2023/2024 mövsümünün sonuna qədər icarə əsasında “Montsa”da çıxış edəcək.
Maldini bu mövsümün ilk hissəsində “Empoli”də icarədə oynayıb. O, A Seriyasında 7 matçda meydana çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin