
“Milan”ın baş tutmayan planı
“Milan”ın texniki direktoru Paolo Maldini hücumçu Rafael Leaonun klubla müqaviləsini DÇ-2022-yə qədər uzatmamasından təəssüflənib.
Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, klub rəsmisi portuqaliyalı futbolçunun agentləri ilə görüşəcəklərini deyib:
“Dünya çempionatından əvvəl yeni müqavilə imzalamağı planlaşdırırdıq, lakin alınmadı. İş hələ də davam edir. Onun agentləri ilə görüşməliyik”.
23 yaşlı futbolçu bu mövsüm İtaliya A Seriyasında 14 oyuna çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə edib. Onun “Milan”la müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin