
Ançelotti: “Maldini “qızıl top”u tamamilə haqq edirdi”
Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti keçmiş müdafiəçi Paolo Maldininin karyerası ərzində “qızıl top” mükafatını qazanmağa layiq olduğunu bildirib.
Komanda.az “Give Me Sport”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis, Maldininin karyerası ərzində “qızıl top”u tamamilə haqq etdiyini deyib:
“Paolo Maldini karyerası ərzində “qızıl top”u tamamilə haqq edirdi. Onun bu mükafatı qazanmamasının yeganə səbəbi müdafiəçi olmasıdır”.
Maldini 1984-2009-cu illərdə “Milan”ın formasını geyinib. O, milanlılarla 7 dəfə İtaliya çempionu olub, 5 dəfə isə UEFA Çempionlar Liqasını qazanıb. İtaliya millisində 126 oyun keçirən sabiq müdafiəçi 7 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin