Maldini “Milan”dan ayrıldı

“Milan” yarımmüdafiəçisi Daniel Maldinini A Seriyasının digər təmsilçisi “Spetsiya”ya icarəyə verib.

Komanda.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat yayıblar.

“Milan”ın əfsanələrindən olan Paolo Maldininin 20 yaşlı oğlu qarşıdakı mövsümün sonuna qədər “Spetsiya”da oynayacaq.

Daniel Maldini “Milan”ın öz yetirməsidir. O, bu klubun əsas komandasında 24 oyuna çıxıb, 1 qol vurub. Maraqlıdır ki, o, həmin yeganə qola da məhz “Spetsiya” ilə oyunda imza atıb. Gənc futbolçu ötən mövsüm bu kollektivlə İtaliya çempionu olub.

“Milan” gənc qapıçısı Alessandro Plizzarini də “Peskara”ya satıb. 22 yaşlı qolkiper yeni klubu ilə 3 illik müqavilə bağlayıb.

Alessandro Plizzari doğma klubunun əsas komandasında forma şansı qazanmayıb. O, daha öncə “Ternana”, “Livorno”, “Recina” və “Leççe” klublarında icarədə oynayıb, İtaliyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarının formasını geyinib.

“Spetsiya” da braziliyalı yarımmüdafiəçisi Leo Sena ilə yollarını ayırıb. Braziliyadan olan 26 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Braziliyanın “Qoyas” klubunun yetirməsi olan Leo Sena, 2020-ci ilin yayında “Atletiko Mineyro”dan “Spetsiya”ya transfer olunmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button