Xorvatiya mətbuatı Mahir Emrelidən yazdı
“Mahir Emreli “Dinamo”da ikinci qolunu vurdu. Bu qol Azərbaycanda olan futbolçunun “Maksimir” stadionundakı ilk qolu idi”.
Komanda.az xəbər verir ki, bu sözləri Xorvatiyanın “Veçernji” nəşri yazıb. Ötən gün Xorvatiya çempionatının 31-ci turunun “Dinamo” – “İstra” matçına (3:0) həsr olunan yazıda Emreli barədə müsbət fikirlər yer alıb:
“Emreli 71-ci dəqiqədə Petkoviçlə əvəzlənərkən azarkeşlər tərəfindən alqışlandı”.
Emreli ardıcıl iki oyundur Xorvatiya çempionatında qol vurur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin