Maksim Medvedev: “Tilsimi qırmaq istəyirik”
“Qarabağ”ın kapitanı Maksim Medvedev Avropa Konfrans Liqasının qrup mərhələsinin 1-ci turu çərçivəsində Bakıda İsveçrə “Bazel”inə qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini bölüşüb.
Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:
“Sabah bizi ağır oyun gözləyir. Çox məsuliyyətli matç olacaq. Komandada ab-hava yaxşıdır. Səbirsizliklə bu qarşılaşmanı gözləyirik. İstəyirik ki, özümüzü yaxşı tərəfdən göstərək. Baş məşqçinin tapşırıqlarını yerinə yetirsək, yaxşı nəticə qazana bilərik. Rəqibi təhlil etmişik. Bunun üçün yenə də vaxtımız var. Biz Tofiq Bəhramov adına Respublika stadionunda oynamağa öyrəşmişdik. Ora bizim üçün uğurlu arenadır. Bakı Olimpiya Stadionunda oyunumuz alınmır və nəticə qazana bilmirik. Bu tilsimi qırmaq istəyirik”.
Sentyabrın 16-da Bakı Olimpiya Stadionunda baş tutacaq “Qarabağ” – “Bazel” matçına saat 20:45-də start veriləcək.
Bizi Facebook-da izləyin