Maksim Medvedev: “Oyun səviyyəmiz nisbətən azdır”
“Güclü rəqibə qarşı çıxış edəcəyik”.
Komanda.az xəbər verir ki, bunu Azərbaycan yığmasının kapitanı Maksim Medvedev səfərdə Xorvatiyaya qarşı keçirəcəkləri AÇ-2020-nin seçmə mərhələ matçından əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Kapitan yaxşı oynamağa çalışacaqlarını bildirib:
“Ola bilsin, oyun səviyyəmiz nisbətən azdır. Buna baxmayaraq, biz də yaxşı oynamağa çalışacağıq”.
Martın 21-də “Maksimir” stadionunda keçiriləcək Xorvatiya – Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin