Maksim Medvedev “Ferentsvaroş”la cavab oyununu buraxacaq

“Qarabağ”ın kapitanı Maksim Medvedev Macarıstanda “Ferentsvaroş”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununu da buraxacaq.

Komanda.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov səfərə yollanmamışdan əvvəl jurnalistlərə açıqlamasında deyib.

O, Medvedevin belindəki ağrılara görə matçda iştirak etməyəcəyini söyləyib.

Maksim Türkiyəyə müalicəyə göndərilib. 33 yaşlı müdafiəçi Bakıdakı ilk qarşılaşmanı da buraxıb.

Avqustun 9-da oynanılacaq “Ferentsvaroş” – “Qarabağ” görüşü saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button