Maksim Medvedev – 500

Maksim Medvedev oyun sayında rekordçusu olduğu “Qarabağ”da 500-cü matçını keçirib.

Komanda.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, yubiley Premyer Liqanın 22-ci turuna təsadüf edib.
Sumqayıtda eyniadlı komanda ilə səfər görüşü (3:0) 33 yaşlı müdafiəçinin 1000-i yarılaması ilə əlamətdar olub. Maksim bu matçlarda 17 qol vurub. O, Premyer Liqada 340 (12 qol), avrokuboklarda 114 (3 qol), ölkə kubokunda 46 (2 qol) matça çıxıb.

Karyerası ərzində yalnız “Qarabağ”da çıxış edən müdafiəçi yetirməsi olduğu klubun əsas komandada 2006-cı ildə debüt edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button