Maklaren “Mançester Yunayted”ə qayıda bilər

İngiltərə millisinin keçmiş baş məşqçisi Stiv Maklaren “Mançester Yunayted”in məşqçilər heyətində çalışa bilər.

Komanda.az “The Guardian”-a istinadən xəbər verir ki, niderlandlı mütəxəssis Erik ten Haq “qırmızı şeytanlar”ın baş məşqçi təyin olunsa, Maklaren onun komandasında yer ala bilər.

“Mançester Yunayted” hazırda “Ayaks”ın “sükanı arxasında” olan Erik ten Haqla danışıqlar aparır. Ten Haqın İngiltərə Premyer Liqasında iş təcrübəsi olmadığı üçün ona çempionata bələd olan biri lazım ola bilər. Həmin şəxsin isə Maklaren olacağı gözlənilir.

Stiv Maklaren 1999-2001-ci illərdə Aleks Ferqyusonun “Mançester Yunayted”də köməkçisi olub. Daha sonra o, “Midlsbro”, “Derbi Kaunti” kimi klublarda çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button